2018-11-20 18:50:12   |   233 dəfə oxunub

Hadı Rəcəbli: "Prezident şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir"



Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bu Fərman Prezident İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyev uzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd edib və müvafiq fərman imzalanıb. Bu, Azərbaycan Prezidentinin öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.

1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb. Belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb. 

Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalıb. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə aiddir.

Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır.

Bununla yanaşı, bəzi şəxslərin dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək cəhdləri də mövcuddur. Bu kateqoriyaya aid insanlar əsasən 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra artıq müvafiq ödəmələri almış, yaxud da bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslərdir. Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qruplar, ayrı-ayrı fərdlər isə həmin şəxslərin iddialarından sui-sitifadə etməyə çalışır, əsassız ittihamlar irəli sürür, özlərini "haqqın müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışırlar.

Ölkə başçısının bu humanist addımını müsbət dəyərləndirən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli "Sherg.az"a bildirib ki, artıq 9 min 500-dən çox şəhid vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanıb. 300 yaxın adamın sənədləşməsi hazırdır, onların 150 nəfəri artıq birdəfəlik ödəməni alıb. Yəni proses gedir. Bununla yanaşı komitə sədri diqqətə çatdırıb ki, müxalif qüvvələrin əılində oyuncağa çevrilmiş bəzi şəxslər bu xeyirxah, humanist işə ləkə yaxmağa çalışır

"Bəzi sayt və "Facebook" səhifələrində bu bölgünün ədalətli aparılmamasına dair iddialar ortaya atılır. Onları ictimaiyyətin diqqətini həqiqətə uyğun olmayan məsələlərə yönəltmək istəyirlər. Baxın, bir daha qeyd edirəm ki, etiraz edən şəhid vərəsələri sığorta sisteminin verdiyi məlumatlarda bu ödəməni almış hesab olunurlar. Bunlar da özlərini almayan kimi hesab edirlər. 

130 mübahisəli ərizə daxil olub, onlardan 70-ə baxılıb və sübut olunub ki, bunlar o ödəməni alıblar. Amma indi məsələnin həllini fərqli şəkildə qoyanlar da var. Kimi deyir, o rəqəmə təzədən baxılsın, indeks olunsun. Bu da düz deyil. Onda gərək o dövrdə əmək haqqı alan bütün adamların əməkhaqqı indeks olsun. 

Cənab Prezidentin böyüklüyü ondan ibarətdir ki, bir vaxtlar belə bir qanun var idi. Üç il müddətində bu adamlar müraciət etməyəndə bunların uyğunluğu pozulurdu. Sonra 1997-ci ildə buna bir dəfə baxıldı, sonra 2007-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bu rəqəmi qaldırıb, 11 min manata çatdırdı. Bunu həmin quruplara şamil etdi . 

O üç il müdətində müraciət etməyənlərə qanuna əsasən verməmək də olardı. Amma cənab Prezidentin aliənablığı, bütün şəhid ailələrinə göstərilən qayğı yüksək səviyyədədir. Hətta şəhid ailələrinə mənzillər də verilir. Qarabağ döyüşlərində iştirak etmiş əlillərin müavinəti başqa qrup əlildən iki dəfə çoxdur. Beləliklə, aydınca müşahidə olunur ki, şəhid ailələrinə, Qarabağ qazilərinə Prezidentin xüsusi diqqət və qayğısı var. Məmur, sahibkarlar da bu kateqoriyadan olan insanlar dəstək göstərir. Onlara köməklik etməyə çalışır. Bir daha vurğulayıram ki, Prezident şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir".

Ayyət Əhməd 







SON XƏBƏRLƏR

2018-12-11