2018-11-20 21:19:02   |   260 dəfə oxunub

Azərbaycan millisi Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb


 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

"Report" xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Lixtenşteynlə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində ilk qolu 14-cü dəqiqədə Murad Mahmudov vurub. Kamran Quliyev isə 64 və 69-cu dəqiqələrdə fərqlənməklə oyunda dubla imza atıb.

Qrupun digər görüşündə İsrail Gürcüstanla heç-heçə edib - 1:1. Bu oyunların nəticəsindən sonra Azərbaycan millisi 6 xalla qrup ikincisi olub və elit-raunda vəsiqə qazanıb. İsrail komandası isə 7-cı xalını qazanaraq qrup birinci kimi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı I qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə keçirilir. Qrupdakı ilk matçda İsrailə 1:4 hesabı ilə uduzan komanda, II görüşdə meydan sahiblərini üstələməyi bacarıb - 2:1.






SON XƏBƏRLƏR

2018-12-10