2018-11-21 00:36:34   |   140 dəfə oxunub

Qaşıqçının neçə öldürüldüyü haqda yeni detallar: "Satqın! Cəzanı alacaqsan!.."



"The Washington Post” qəzetinin köşə yazarı Camal Qaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətli anının audioyazısı Türkiyə mətbuatının əlinə keçib.




Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı "Hürriyet Daily News” nəşri yayıb.

Yazılardan göründüyü kimi, jurnalisti viza şöbəsinin yerləşdiyi "A” bölməsində tutublar. "Qolumu buraxın! Özünüzü nə hesab edirsiniz?" – Qaşıkçı qışqırıb.

Türkiyənin hüquq-mühafizə orqanları səs yazısında kəşfiyyat polkovniki Maher Əbdüləziz Mutrebin səsini ayırd edə biliblər. Bu şəxs mütəmadi olaraq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı müşayiət edir. "Satqın! Cəzanı alacaqsan!” – deyilənə görə, o çığırırmış.



Eyni səs konsulun ofisinin yerləşdiyi "C” korpusunda qeydə alınmış yazılarda da eşidilir. Buradan 19 telefon zəngi edilib və Əbdüləziz Mutreb vəliəhdin müşaviri Səud əl-Kəhtani ilə danışıb. İlk belə zəng Qaşıkçı konsulluğun binasına daxil olandan 13 dəqiqə sonra edilib.

Audioyazıda yeddi dəqiqə ərzində Qaşıkçı ilə Türkiyəyə jurnalistlə görüşmək üçün Səudiyyə Ərəbistanından gəlmiş 4 nəfərin davası eşidilir. Onlar publisisti inzibati departamentlərin yerləşdiyi "B” bölməsinə gətirirlər. Yazıdan eşidilir ki, Qaşıkçı onu tutanlarla dalaşır, sonra isı fiziki güc tətbiqi, döyülmə və işgəncə səsləri eşidilir. Jurnalistə fiziki güc tətbiqi 11 dəqiqə davam edir, bundan sonra kabinetə sükut çökür. Müstəntiqlər hesab edir ki, həmin an qətlin iştirakçıları radiotezlik maneələrini işə salıblar. Sonra onlar müşahidə kameralarını sındırıb və sərt diskləri təmizləyiblər.


Jurnalistin ölümündən 20 dəqiqə sonra Türkiyəyə gəlmiş heyətin üzvlərindın birini, güman ki, səudiyyə kəşfiyyatının 57 yaşlı əməkdaşı Mustafa əl-Mədəniyə Qaşıkçının libasını geyindirirlər ki, o, konsulluqdan sağ çıxan jurnalisti təsvir etsin. "20 dəqiqə əvvəl öldürdüyümüz adamın paltarını geyinmək dəhşətlidir”, - o deyir. Kəşfiyyatçı şikayətlənir ki, öldürülmüş şəxsin ayaqqabısı onun ayağına çox kiçikdir və kəşfiyatçıya icazə verilir ki, öz idman ayaqqabılarını çıxarmasın. "Hürriyet” yazır ki, məhz idman ayaqqabısı sonradan qatilləri ələ verib.

Qəzet qeyd edir ki, Türkiyə hüquq-mühafizə orqanlarında cəsədin parçalandığı güman edilən "C” korpusundan səs yazıları yoxdur. Lakin əsas sübutlardan biri kimi göstərilir ki, qətldən dərhal sonra bu bölmədəki üç otağın divarları yenidən rənglənib. Bundan əlavə, döşəmədə kimyəvi maddələrin qalıqları və elektrik rozetlərində şübhəli şəxslərin barmaq izləri aşkarlanıb. Ələlxüsus, səudiyyəli heyətlə Türkiyəyə gəlmiş məhkəmə-tibb ekspertinin barmaq izləri tapılıb.

Türkiyə hakimiyyəti audioyazını açıqlamır və Səudiyyə Ərəbistanı konsulluğunun dinlənilməsini inkar edir. Lakin mətbuat orqanları həmin audioyazılara istinadən qətlin yeni-yeni təfərrüatlarını dərc edirlər. Yazının surətləri ABŞ, Fransa, AFR, Böyük Britaniya və Səudiyyə Ərəbistanı tərəflərinə ötürülüb. Bütün bunların əsasında ABŞ xüsusi xidmət orqanları qərara gəlib ki, əsas sifarişçi vəliəhddir.

Xatırladaq ki, Camal Qaşıkçı oktyabrın 2-də qətlə yetirilib. O, konsulluğa Türkiyə vətəndaşı olan qadınla evlənə bilmək üçün boşanmasını təsdiq edən sənədləri almaq məqsədilə gəlmişdi. Gələcək gəlin onu konsulluğun yaxınlığında gözləyirdi.






SON XƏBƏRLƏR

2018-12-11