2018-11-21 00:42:09   |   203 dəfə oxunub

"Nissan"nın direktoru həbs edildi



Yaponiyanın "Nissan" şirkətinin direktorlar şurasinin sədri Karlos Qon maliyyə maxinasiyasında şübhəli bilinib.
Real TV-nin məlumatına görə, könüllü olaraq Tokio prokurorluğuna gedən 64 yaşlı Qon həbs edilib.
"Nissan Motor” şirkəti də yaydığı press-relizdə Qonun şəxsi gəlirlərini gizlətməsi ilə bağlı faktı təsdiqləyib.
Şirkət eyni zamanda Qon və direktor Qreq Kellinin qovulmasını tələb edəcəyini açıqlayıb.
Çünki Kellinin şəxsi gəlirlərini gizlətməkdə Qona yardım etdiyi bildirilib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa da deyib ki, Yaponiya hökuməti bu vəziyyətin mümkün iqtisadi nəticələrini diqqətlə izləyir.






SON XƏBƏRLƏR

2018-12-11