2018-11-21 16:31:48   |   133 dəfə oxunub

"Belarusun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi çox vacbdir" - Paşinyanın hədələri boşa çıxır



"Azərbaycan Prezidenti  İlham Əliyev və Belarus lideri Aleksandr Lukaşenko arasında iki saatdan artıq davam edən danışıqlar dostluq və mehribanlıq şəraitində keçib.  Liderlər vurğulayıblar ki, onların arasında dərin etimad mühiti mövcuddur".

Bu barədə "Sherg.az" politioloq Nəzakət Məmmədova bildirib. 

Ekspertin qənaətincə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir: 

"Eynilə, A.Lukaşenkonun da mətbuata bəyanatı diplomatik dildən uzaq, səmimiyyəti ilə diqqət çəkdi. Xüsusən, o, bildirdi ki, ölkələrimiz arasında həll edilməmiş məsələlər və müzakirə üçün qapalı mövzular yoxdur. Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar. Əminəm ki, ənənəvi səmərəli əməkdaşlıq, qarşılıqlı dəstək bundan sonra da Belarus-Azərbaycan münasibətlərini fərqləndirən cəhət olacaq.

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa sayca beşinci olan rəsmi səfəri öz əhəmiyyətinə görə, əvvəlkilərdən fərqlənir. Bunun əsas cəhətlərindən biri ondan ibarətdir ki, dövlət başçısının səfəri Belarus-Ermənistan münasibətlərinin ikitərəfli formatda və KTMT çərcivəsində pisləşməsi dövrünə təsadüf edir. Ermənistanda baş nazir Paşinyan başda olmaqla Lukaşenko əleyhinə hədyanlar səsləndirilir. Bunun bir neçə səbəbi var: əvvəla, Belarus Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycana silah satır. Belarusun Azərbaycana verdiyi "Polonez" sistemləri Ermənistanın "İskəndər" təhdidinə verilmiş adekvat cavab oldu. Eyni zamanda, Belarus kimi bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizim üçün çox vacbdir. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupu da məhz Belarusda yaradılıb. Ermənistan öz işğalçı fəaliyyətinə son verməmək üçün Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcəyi təqdirdə KTMT-nin onu müdafiə edəcəklərini vurğulayır. Belarusun Qarabağ məsələsində tutduğu obyektiv mövqeyə görə prezident Əliyevin həmkarı Lukaşenkoya təşəkkür etməsi onu göstərir ki, Ermənistanın ümidləri mənasızdır. Üstəlik, Belarus nümayəndəsi, Bakıda hərbi təhsil almış general Zasın KTMT baş katibliyinə namizədliyi müzakirə mövzusudur".

N.Məmmədova hesab edir ki,  Ermənistanın KTMT-dəki məğlubiyyətləri bununla bitmir: 

"Belə ki, Paşinyan Azərbaycanın nəinki KTMT üzvlüyünə, hətta ölkəmizin təşkilat yanında müşahidəçi statusuna imkan verməyəcəyini bildirirdi. Lakin məlumatlara görə, dekabr ayında KTMT Sankt- Peterburq sammitində təşkilat nizamnaməsinə dəyişikliklər gözlənilir. Həmin düzəlişlərə əsasən təşkilata yeni üzvlərin və müşahidəçilərin qəbulu artıq konsensusla deyil, səs çoxluğu əsasında qəbul edilə bilər. Nəticədə, Ermənistanın Azərbaycanın KTMT ilə əlaqələrinə mane olmaq hədələri boşa çıxmış olacaqdır".

Ayyət Əhməd 






SON XƏBƏRLƏR

2018-12-14