2018-11-21 16:42:56   |   100 dəfə oxunub

Qazaxıstanda "Türk dünyasının mənəvi yenilənməsi" beynəlxalq konfransı keçirilib - Fotolar


Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən Qazaxıstanın Türküstan şəhərində"Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. 

"Sherg.az" xəbər verir ki, Qazaxıstanın Türküstan əyaləti valiliyi, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin də dəstək verdiyi konfransada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak edib.

Türküstan valisi Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iyun ayında Türküstan əyalətinin yaradılması və əyalət mərkəzinin də Türküstan şəhərinə küçürülməsi ilə bağlı qərarının Türküstan şəhərinin inkişafına və türk dünyasının mənəvi mərkəzi kimi möhkəmlənməsinə böyük töhfə verəcəyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) keçmiş Baş katibi Xəlil Akıncı türk dünyası arasında inteqrasiyanın güclənməsi üçün öncə türklərin özünüdərkinin reallaşmasının vacibliyinə diqqət çəkib. Bu baxımdan, Qazaxıstanın başlatdığı "Türk dünyasının mənəvi yenilənməsi” proqramının əhəmiyyətini vurğulayıb.

Türklərin 12-13-cü əsrlərdə Orta Asiyadan başlayaraq bütün dünyada söz sahibi olduqlarını, bunun məntiqi nəticəsi olaraq yenidən müasir sivilizasiyaya yiyələnmək istədiklərini qeyd edən H.Akıncı, böyük fasilədən sonra türk dünyasının təşkilatlanması istiqamətində mühüm addımlar atıldığını, bu prosesdə Beynəlxalq Türk Akademiyasının əhəmiyyətli rol oynadığını bildirib.

TWESCO prezidenti Darxan Kıdırəli Prezident Nazarbayevin Türküstan ideyasını dəstəkləmək və sentyabr ayında Qırğızıstanda keçirilən Türk Şurasının toplantısında dövlət başçılarının qarşıya qoyduqları tapşırıqları həyata keçirmək məqsədilə bukonfransı təşkil etdiklərini qeyd edib.
Üç sessiyadan ibarət olan konfransda, türk dünyasının müqəddəs məkanları, tarixi şəxsiyyətləri, habelə, türk dil və əlifbaları məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində TWESCO tərəfindən türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə alim "Vilhelm Thomsen” medalı ilə mükafatlandırılıb.

Bununla yanşı, türk dünyası ilə bağlı önəmli xəbər və şərhlər yayımlayankütləvi informasiya vasitələri nümayəndələrinəBeynəlxalq Türk Akademiyasının "İsmayıl Qaspralı” media mükafatı təqdim edilib.
Konfrans çərçivəsində TWESCO ilə Türküstan Valiliyi və Özbəkistan Millli Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.














SON XƏBƏRLƏR

2018-12-10