2018-11-21 16:52:07   |   192 dəfə oxunub

Şəhid anası dua edir: "Allah Prezidentimizi qorusun !"


"Ailəmizin adından ölkə başçısı İlham Əliyevə bu humanist addımına görə, minnətdarlıq ifadə edirəm". 

Bu sözləri "Sherg.az"a Bərdədən olan şəhid Nəcəfov Natiq Yunis oğlunun anası Nəcəfova Nuriyyə Balaca qızı deyib. 

Şəhid anasının sözlərinə görə, Azərbaycan Prezidentinin şəhid ailələrini daim diqqətdə saxlaması çox müsbət haldır:

"Bu yardımın bizə böyük dəstəyi oldu. Səhhətimdəki problemlərin müalicəsi və sosial şəraitimizin yaxşılaşması baxımından bu 11 min manat bizə böyük dəstəkdir. Bu addım insanlarımızda vətəpərvərlik hissini daha da gücləndirir.

Hər kəs görür ki, vətəni qoruyanlar heç zaman diqqətdən kənarda qalmırlar. Gənc nəsil də bu dəstəyin şahidi olur. Bunun özü insanlarda vətənpərvərlik ruhunu, əsgərlərimizin döyüş əzmini daha da artırır. Bu humanist addıma görə Prezidentə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Allah Prezidentimizi qorusun ! 


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-12-10