2018-11-27 12:35:22   |   189 dəfə oxunub

Deputat: "Gələn ilin büdcəsi insanların sosial rifahını yüksəldəcək"

Milli Məclisin iclasında gələn ilin büdcəsi müzakirə olunur. Sherg.az-ın xəbərinə görə, iclasda iştirak edən xanım deputat Sahibə Qafarova deyib ki, növbəti ilin büdcəsində təhsil xərclərinə ayrılan vəsaitin xüsusi çəkisi 9.7 faiz təşkil etməsi, təhsil sahəsində islahatların davamlılığını təmin edəcək: 

"Büdcədə bu istiqamətdə nəzərdə tutulan maliyyə regionların daha da inkişaf edəcəyini deməyə əsas verir. Azərbaycan cari ildə bütün sahələrdə yüksək inkişaf göstəricilərinə nail olub. Bu inkişafa nail olmaqda büdcə siyasətinin rolu olub. 2019-cu ilin büdəsində sosial layihələrin üstünlük təşkil etməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının əsas məqsəd daşıdığının göstəricisidir. 

Lakin bununla yanaşı, bizə ünvanlanan müraciətlərdə bir neçə məsələnin həlli xahiş olunur. Belə ki, müraciətlərdə Şəmkirdə orta məktəblərin əsaslı şəkildə təmin olunması, qazlaşma, eləcə də bir neçə kənddə mədəniyyət evlərinin təmiri və yenidən qurulması xahiş olunur.

Ümumilkdə növbəti ilin büdcəsini yüksək qiymətləndirirəm. Gələn ilin büdcəsində nəzərdə tutulan məsələlərin yerinə yetirilməsi nəticəsində daha böyük uğurlar əldə ediləcək”.
Anar






SON XƏBƏRLƏR

2018-12-10