2018-11-27 15:05:33   |   181 dəfə oxunub

Venger “Bavariya” ilə geri dönür



"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger "Bavariya”nı çalışdıra bilər.

Qol.az-ın "The Teleqraph”a istinadən yaydığı xəbərə görə, Münhen klubu hazırkı baş məşqçi Niko Kovaçı fransalı mütəxəssislə əvəzləmək istəyir. Artıq Vengerlə danışıqlar aparıldığı bildirilir.

Qeyd edək ki, Münhen klubunun Bundesliqada 5-ci pillədə qərarlaşması rəhbərliyi qane etmir. Buna görə də Kovaçın növbəti uğursuz oyundan sonra istefaya göndəriləcəyi iddia olunur.






SON XƏBƏRLƏR

2018-12-10