2018-11-30 00:53:02   |   140 dəfə oxunub

"Qarabağ" Bakıda biabırçı hesabla məğlub oldu



Futbol üzrə "Qarabağ" klubu UEFA Avropa Liqasının V turunda Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşıb. Bakıda keçən görüşdə hesabı 5-ci dəqiqədə penaltidən qonaqların oyunçusu Dost açıb - 0:1. 14-cü dəqiqədə Zubir cavab topunu vurub - 1:1. 20-ci dəqiqədə Fernandeş portuqaliyalıları irəli çıxarıb - 1:2. Nani isə 33-cü dəqiqədə hesab arasındakı fərqi artırıb - 1:3. Birinci hissə bu hesabla qurtarıb - 1:3.
İkinci hissədə, 65-ci dəqiqədə Dyabi 4-cü topu "Qarabağ"ın qapısından keçirib. 75-ci dəqiqədə Fernandeş beşinci topu vurub. 82-ci dəqiqədə isə Dyabi son nöqtəni qoyub - 1:6.
Beləliklə, "Qarabağ" bu qrupda keçirdiyi 5 oyundan 4-də məğlub olub.








SON XƏBƏRLƏR

2018-12-10