2018-12-02 13:04:30   |   141 dəfə oxunub

FIG nümayəndəsi: Bakı hər zaman yarışların gözəl və qüsursuz təşkili ilə tanınıb




Bakı hər zaman yarışların gözəl və qüsursuz təşkili ilə tanınıb.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki komitəsinin vitse-prezidenti Noha Abuşabana deyib.

Bu gün FIG-in Bakıda keçirilən 82-ci Konqresində iştirak edən N.Abuşabana qeyd edib:

"Konqresdə seçki prosedurlarına dəyişikliklər məsələsi, yeni ölkələrin üzv olması, növbəti Konqresin harada keçiriləcəyi, maliyyə və digər məsələlər müzakirə olunur".

Bakının bir çox müxtəlif yarışlara ev sahibliyi etdiyini xatırladan FIG nümayəndəsi bildirib ki, gələn il Azərbaycan paytaxtında bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək: "Biz bu yarışı səbirsizliklə gözləyirik".

Texniki komitənin vitse-prezidenti vurğulayıb ki, Bakı beynəlxalq yarışlara ev sahibliyi etməklə təkcə Avropada deyil, bütün dünyada idmanın inkişafına kömək edir.







SON XƏBƏRLƏR

2018-12-10