2018-12-02 16:34:27   |   137 dəfə oxunub

Millimizin “Avro-2020”nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi



Bu gün İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, yığma komandamızın qrupdakı rəqibləri Xorvatiya, Uels, Macarıstan və Slovakiya komandaları olacaq.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:









SON XƏBƏRLƏR

2018-12-10