2018-12-05 19:11:58   |   152 dəfə oxunub

"Zatulin, Kazimirov, Babayan və başqa şovinistlər öz çarəsizliklərini dilə gətirirlər" - Politoloq




Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr-1 dekabr tarixlərində İrəvanda "Lazarev klubunun” birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. Həmçinin, iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndirilib. Azərbaycan XİN bu təşəbbüsü pisləyib və belə görüşlərin Rusiya-Azərbaycan münasibətlərinə zərər verdiyini bəyan edib.

Politoloq Nəzakət Məmmədovanın fikrincə Ermənistanda "Lazarev klubu"nun toplantısı və Rusiyada müxtəlif sahələrdə çalışan erməni, yaxud ermənipərəst səxslərin iştirakı birmənalı surətdə mənfur ölkədəki seçkilərlə bağlıdır.

Politoloqun "Şərq”ə açıqlamasıba görə, bu klubun toplantısında Azərbaycan əleyhinə səsləndirilən cəfəng fikirlər şübhəsiz ki, münaqişənin həllinə kömək etmir, əksinə: 

"Toplantının məqsədi Rusiyanın Ermənistanda mövcudluğunu həm Paşinyana, həm də burada marağı olan xarici güclərə, ilk növbədə ABŞ-a xatırlatmaq, Rusiyanın Ermənistandan getməyəcəyi mesajı verməkdir.

Orada istirak edən şəxslər imperializmə, şovinizmə qulluq edən şəxslərdir. Demokratiya, Ermənistanın işğaldan əl çəkməsi, demokarik yolla inkişafı, əhalinin azad seçim iradəsinə hörmət onları qətiyyən maraqlandırmır. Bu insanların Yerevanda toplasıb işğala dəstək, Rusiya-Ermənistan müttəfiqliyinin davam etməsinin zərurliliyi barədə pafoslu şüarlar səsləndirməsi regional sülhə təhdiddir.
Habelə, Ermənistanın nəhayət ki, indiyədək yeritdiyi və ona heç bir fayda gətirməmiş səhv siyasətdən imtina edib, Qarabağı əsl sahibinə qaytarmaq, danısıqlarda konstruktiv mövqe tutmaq siyasətinə çağırıs etməkdənsə, tamamilə sivilizasiyalı insan düşüncəsindən uzaq fikirlər səsləndirilir, çağırışlar edilir. Bu, ilk növbədə həm də Etmənistanın hazırda üz tutduğu müstəqil, suveren dövlət olma şanslarının itirilməsi yolunda növbəti addımdır”.

N. Məmmədovun sözlərinə görə, bu çağırışlar Ermənistanı Rusiyanın nüfuz dairəsində saxlamaq, ona azad dünyaya inteqrasiya etmək imkanı verməmək, Rusiyanın buxovunda saxlamaq məqsədi güdür: 

"Tədbir Paşinyana və onun Qərbdəki himayəçilərinə xəbrdarlıq və Avropadakı erməni disporasına Rusiyadakı erməni diaspoarsının və onların Zatulin, Kazimirov, Tarasov və s. kimi əlaltılarının demarşıdır. Bu tədbirin qeyd etdiyimiz kimi ilk mesajı ABŞ-a Rusiyanın Ermənistandan çəkilmək fikrində olmayacağı fikrini çatdırmaqdır.

Bundan başqa Kazimirovun Azərbaycanın işğal olunmuş əraziləri qaytarmaqda təkid etməsinə qarşı çıxması, Qarabağdakı erməni icmasının danışıqlar masasına müstəqil tərəf kimi əyləşdirilməsi təklifi vaxtilə Minsk qrupunun həmsədri olmuş ermənipərəst birisinin qeyri-qanuni, diplomata yaraşmayan mənəvi keyfiyyətlərini ortaya qoyaraq, belələrinin iç üzünü bir daha ifşa edir”.

Politoloq böyük təəssüf hissi ilə vurğulayıb ki, Rusiyanın media, diplomatiya, qanunvericilik sahələrində çalışan bu cür insanların fəaliyyəti ucbatından münaqişə illərdir ki, öz həllini tapmır, milyonlarla insan öz yurdlarına qayıda bilmir. Oraya toplaşan şovinist təfəkkürlü insanlar bu tədbiri təşkil etməklə həm də, öz çarəsizliklərini ortaya qoymuş olublar: 

"Məsələn, tədbirdə iştirak edən jurnalist Roman Babayan qeyd edib ki, ABŞ Ermənistanda vətəndaş cəmiyyəti ilə yaxşı iş qurub və ildən-ilə Ermənistanda Rusiyaya rəğbəti olan insanların sayı azalır. Habelə, o, 2008-ci ilin 1 mart hadisələri barədə çəkdiyi sənədli filmində Paşinyan və Ter-Petrosyanın iştirakdan imtina etdiyini deyib. Bütün bunlar onu göstərir ki, ABŞ Ermənistanda nəinki siyasi hakimiyyəti ələ almaq üzrədir, o, vətəndaş cəmiyyətində də üstünlük qazanıb. Rusiya artıq Ermənistanda əvvəlki kimi hegemon deyil və bu səbəbdən Zatulin, Kazimirov, Babayan, Tarasov və s.şovinistlər əl-ayağa düşüb öz çarəsizliklərini dilə gətirirlər. 

Bundan əvvəl Rusiya ekspertləri, Duqin kimi nəhəng ideoloqun başçılığı altında Cocuq Mərcanlıda yığışıb Azərbaycanı Rusiyanın Qafqazda tək müttəfiqi adlandırdılar. Amma Azərbaycan Ermənistandan fərqli olaraq forpost deyil, suveren ölkə kimi qəbul olunur. Nəhayət, 2018-ci ildə Rusiyadan Cənubi Qafqaza səfər edən ən mühüm şəxs elə bu ölkənin birinci şəxsi Putin oldu ki, o da Azərbaycana gəldi və Ermənistana getməkdən imtina etdi”.

Şəymən






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10