2018-12-05 20:50:56   |   93 dəfə oxunub

“Fitch”: 2020-ci ildə neftin qiyməti 62,5 dollar olacaq



 "Fitch” beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib.

"Report” xəbər verir ki, sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə 57,5 dollardan 62,5 dollaradək qaldırılıb.

Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.

"OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik”, - icmalda qeyd olunub.






SON XƏBƏRLƏR

2018-12-10