2018-12-05 20:58:58   |   103 dəfə oxunub

Serj Sarqsyanın qudasının əmlakına həbs qoyulub



Ermənistandakı "Surb Qriqor Lusavoriç” tibb mərkəzinin keçmiş direktoru, sabiq Prezident Serj Sarqsyanın qudası Ara Minasyana məxsus bank hesabları dondurulub, əmlakına isə həbs qoyulub.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl verilən məlumata görə, 2016-cı ildən 2017-ci ilin sentyabr ayınadək sənədləri saxtalaşdırmaq yolu ilə keçmiş direktor tibb mərkəzi ilə Səhiyyə Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilən "Dövlət idarə və təşkilatları işçilərinə sosial zərflər verilməsi” proqramı üçün dövlət büdcəsindən ayrılan külli miqdarda maliyyə vəsaitlərini ələ keçirib. Bununla bağlı cinayət işi başlanmışdı.






SON XƏBƏRLƏR

2018-12-10