2018-12-05 21:15:39   |   110 dəfə oxunub

Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır


Dünya Bankı "yaşıl iqtisadiyyat”ın müxtəli inkişaf variantlarını tədqiq etmək üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir.

Bunu Trend-ə Dünya Bankının Bakıdakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib.

Onun sözlərinə görə, bank Azərbaycanda "yaşıl iqtisadiyyat”ın dəstəklənməsi üçün Koreya Yaşıl Artım Fondunun vəsaitlərini cəlb edə bilib.

N.Naqvi daha sonra bildirib ki, Azərbaycan Energetika Nazirliyi ilə alternativ enerji mənbələri ilə bağlı ilkin danışıqlar keçirilib:

"Hazırda konkret layihələr yoxdur, amma əgər hökumət külək və ya günəş enerjisi kimi alternativ enerji mənbələri ilə bağlı bankla əməkdaşlıqda maraqlıdırsa, biz dəstək göstərə bilərik”.

Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavatt təşkil edir ki, bu da ildə 62,8 milyard kilovatt/saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10