2018-12-06 11:26:44   |   76 dəfə oxunub

Avtovağzala yeni mətbuat katibi təyin edildi


Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub.

Modern.az xəbər verir ki, bu vəzifəyə Pərvin Məmmədova gətirilib.

Bu gündən vəzifəsinin icrasına başlayan Pərvin Məmmədova Modern.az-a təyinatını təsdiqləyib.

P.Məmmədova bu təyinatadək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı olub.

Qeyd edək ki, bundan əvvəl qurumun mətbuat katibi Yaşar İsakov Dövlət Təhlükəsizliyi Xidmətinə təyinat aldığından, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi vəzifəsi boş qalmışdı.






SON XƏBƏRLƏR

2018-12-10