2018-12-06 12:22:56   |   128 dəfə oxunub

"Ermənilər nə Paşinyanı, nə də Saakyanı qəbul edir" - Ölkəni tərk edirlər



Paşınyan-Saakyan qarşıdurması pik həddə çatıb. Ermənistanda seçkiqabağı siyasi etirazlar qızışır. Əsas diqqətçəkən məqam baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim arasındakı qarşıdurmadır. Onsuz da Paşinyanla "Qarabağ klanı"nın himayəsinə sığınmış qondarma rejim "rəhbəri” Bakı Saakyanın münasibətləri yaxşı deyildi. İddia edilirdi ki, 9 dekabr seçkisindən sonra Paşinyan Saakyanı özünə yaxın şəxslə əvəzləyəcək. Bunu duyan separatçı Saakyan həmsədr ölkələrə səfər edərək gələcəyini təminat altına almağa, "Qarabağ klanı"nın tamamilə sıradan çıxarılmasına mane olmağa çalışır. Son olaraq Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyanın "aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etməsi qondarma rejimin nümayəndələri ilə Paşinyan arasındakı gərginliyi pikk həddə çatdırıb. Gərginlik o səviyyəyə çatıb ki, tərəflər övladlarının hərbi xidmətə getmədiklərinə dair öz-özlərini ifşa etməyə başlayıblar.

İşağlçı ölkədəki böhranlı vəziyyəti dəyərləndirən sabiq millət vəkili, ictimai-siyasi və dövlət xadimi Həvva Məmmədova "Sherg.az”a bildirib ki, tarix boyu Dağlıq Qarabağda yaşayan ermənilərlə digər ermənilər bir-birilərini qəbul etməyib:

"Uzun zamandır ki, Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında gərginlik, mübarizə, həzm etməmək kimi münasibət olub. Hər zaman Qarabağ erməniləri azərbaycanlılarla qaynayıb-qarışıb, bizim xüsusiyyətlərimizə, mentalitetimizə alışıblar. Onlar İrəvan ermənilərindən çox azərbaycanlılarla yaxın münasibət saxlayıb. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın bu şouları, oyunları yalnız Qarabağ ermənilərinin yox, həm də digər ermənilərinin acı taleyinə səbəb olacaq. Bir tərəfdən Dağlıq Qarabağda yaşayan ermənilərin güzaranlarının ağırlığı, digər tərəfdən Bako Saakyanın Avropa dövlətlərinə səfərləri işğalçı ölkədə gərginliyi artırır. Həmçinin Ermənistanda siyasi, iqtisadi vəziyyət həddindən artıq ağırdır. Vəzifəli şəxslərin övladlarının hərbi xidmətə getməməsi, özünü göstərən N.Paşinyan oğlunun Qarabağda əsgərlik çəkdirməsi və xanımının Dağlıq Qarabağa gələrək azərbaycanlı analara müraciət etməsi sadəcə qorulmuş oyun və şoudur. Bütün bunların hamısı etiraz edən əhalini sakitləşdirmək üçündür. Artıq erməni xalqı bu kimi oyunlardan yorulub. Onlar nə Ermənistan rəhbərlərini, nə də qondarma rejimin başçısını qəbul etmək istəyir. Çünki əhali görür ki, Ermənistanın siyasi rəhbərləri başqa dövlətlərin iyanələri hesabına addım atır, əhalini dolandırmaq üçün heç bir addım atılmır".

H.Məmmədva onu da bəyan edib ki, hazırda Ermənistanda çox az sayda erməni qalıb:

" Demək olar ki, hər gün Ermənistanı yüzlərlə insan tərk edir. Artıq ağır vəziyyətə tab gətirə bilməyən insanlar çıxış yolunu öz yurdlarından çıxmaqda tapır. Lakin Ermənistan rəhbərləri hər zaman ki, hiyləgərliyi kimi əhalinin sayında saxta məlumatlar verib. Onlar əhaliyə əsasız statistika verməklə məşğuldurlar. Ermənilər başqa ölkələrdən insanları gətirib Qarabağda yerləşdirməklə həm əhalinin sayını artırır, həm də Azərbaycana problem yaradır. Yəni azərbaycanlılar öz torpaqlarına qayıdan zaman həmin insanlarla üz-üzə qalacaq. Ermənilərin yalnız işi-gücü günahsız əhalinin "başına corab hörmək"dən ibarətdir. Lakin onların bu oyunları, hiylələri sonda öz başlarında açılacaq. Beləliklə də onların məhvə doğru gedən prosesi daha da sürətlənəcək”.

Kənan Eynuroğlu






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10