2018-12-06 13:25:56   |   96 dəfə oxunub

"Azərbaycan terrorizmə qarşı ciddi mübarizə aparır" - Deputat



Azərbaycan öz reytinqini üç mövqe yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Dünya iqtisadiyyatı institunun təqdim etdiyi məlumata görə, mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur. Azərbaycan, bu göstəriciyə əsasən regionda liderə çevrilib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb. Məruzənin müəllifləri qeyd edirlər ki, terrorçuların əllərində ölən insanların sayı 3 ildir ki, ardıcıl olaraq aşağı düşür. Buna səbəb olan hal kimi, "İslam Dövləti” terror qruplaşmasının İraqda və Suriyada davamlı olaraq zəifləməsi göstərilir.


Məruzəni şərh edən  millət vəkili, tanınmış politoloq Rasim Musabəyov "Sherg.az"a açıqlamasınmda qeyd edib ki, Azərbaycan terrorizmə qarşı ciddi şəkildə mübarizə aparır:

 "Ölkəmizdə terror hadisələrinin qarşısı çox sərt şəkildə alınır. Ermənistanla müharibə vəziyyətindəyik, bundan başqa şimal və cənubdan terrorla bağlı müəyyən təhdidlərlə üzləşirik. Buna rəğmən digər ölkələrlə müqayisədə Azərbaycanda bu hadisələrin qarşısı daha yaxşı alınır. Azərbaycan anti-terror koalisiyasının üzvdür. Bu mənada Türkiyə, ABŞ, Rusiya və İsraillə sıx əməkdaşlıq edir. Ölkəmiz çalışır ki, terror hadisələri tək Azərbaycanda deyil, digər ölkələrdə də yaşanmasın. 

Yəni Azərbaycan tək ölkədaxili deyil, regional və qlobal təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. ABŞ, Türkiyə, Rusiya və İsrail Azərbaycanın terrorizmə qarşı mübarizəsini müsbət qiymətləndirir".

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10