2018-12-06 13:53:48   |   106 dəfə oxunub

"Azərbaycanda təhlükəsizlik və ictimai asayiş yüksək səviyyədə təmin edilir” - EKSPERT



"Azərbaycanın regionda və dünyanın ən təhlükəsiz ölkələri siyahısında ön cərgədə olması ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətin təzahürüdür”.

Bunu "Sherg.az”a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspert bildirib ki, bunu ölkəmizdə keçirilən beynəlxalq və mötəbər tədbirlərin, idman yarışları olan İslam oyunları, Avropa oyunları və formula yarışlarının da Azərbaycanda keçirilməsi bir daha sübut edir: 

"Ölkəmiz təhlükəsizlik baxımından əmin-aman və əlverişlidir. Azərbaycana gələn turustlərin sayının da ildən ilə artması, istirahət üçün turitlərin Azərbaycanı seçməsi ölkədə sabitliyin, təhlükəsizliyin göstəriciləridir. Bunlar ölkə başçısının nəzarəti ilə DTX, DİN, SQ, MN-liklərinin fəaliyyəti nəticəsində ölkəmizdə təhlükəsizliyi təmin edərək sabitliyin, əminamlığın və ictimai asayişin qorunması yüksək səviyyədə təşkil edilir”.

Qeyd edək ki, Azərbaycan öz reytinqini üç mövqe yaxşılaşdırıb və "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutub. Bu barədə məlumat dünya iqtisadiyyatı institunun təqdim etdiyi hesabatda əks olunub. Mövcud reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu, göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur. Azərbaycan, bu göstəriciyə əsasən regionda liderə çevrilib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10