2018-12-06 13:59:32   |   131 dəfə oxunub

Heydər Əliyev – Böyük ürək sahibi



«Moskva-Baku» informasiya portalı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı müsahibələr seriyasını dərc etməyə başlayıb. Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev haqqında tanınmış siyasətçilər, dövlət məmurları, onunla ünsiyyətdə olmuş, rəhbərliyi altında işləmiş insanlar xatirələrini bölüşürlər. Onlardan biri Moskva şəhərinin sabiq meri Yuriy Lujkovdur. Portal Y.Lujkovun Heydər Əliyev haqqında xatirələrini təqdim edir.

Moskvanın sabiq meri xatirələrini çox sevdiyi Azərbaycan xalqını salamlamaqla başlayır. Həm də Azərbaycan dilində: «Salam, əziz Azərbaycanlı dostlarım…»

«Heydər Əliyev görkəmli fiqur idi, həm də təkcə postsovet məkanında yox. Mən uzun illər sənaye sahəsində çalışmışam, Sovetlər İttifaqının yüksək hakimiyyət dairələri ilə təmasda olmuşam və Heydər Əliyevi hələ o zamanlardan tanıyıram. Heydər Əliyev haqqında çox danışmaq olar, amma istənilən halda, düşünürəm ki, onun obrazını – hərtərəfli, unikal şəxsi keyfiyyətlərə, istedada malik və bu səbəbdən də dərin dövlətçilik təfəkkürünə malik insan obrazını açmaq üçün vaxt və zaman yetməz». Y.Lujkov H. Əliyevin yüksək potensiala malik dövlət xadimi olduğunu, təkcə təhlükəsizlik məsələlərində deyil, iqtisadiyyat sahəsində də dərin biliklərə və idarətmə qabiliyyətinə sahib olduğunu deyir: «Bilirdim ki, Heydər Əliyev əsaç təhsilini mülki sahə üzrə alıb. 

O, memarlıq, iqtisadiyyat, sənaye üzrə də yüksək biliyə malik idi. Heydər Əliyev rəngsiz sovet quruluşunda hədsiz seçilən fiqur idi. SSRİ Nazirlər Sovetində işlədiyi 5 il ərzində biz dəfələrlə ona müraciət edirdik. Onun yüksək potensialı, işgüzarlığı, hamını heyrətləndirən yaddaşı, təsərrüfatçılığı çox köməyimizə çatırdı. O, dövlətin inkişafına, ölkə iqtisadiyyatının inkişafına çox kömək edirdi». Y.Lujkov SSRİ-dəki yeni idarəetmə dönəmində H.Əliyevin ağır zamanlar keçirdiyini xatırlayır, xüsusilə də 20 yanvar faciəsinin ümummilli lideri hədsiz sarsıtdığını yazır: «Bu hadisələr Heydər Əliyevə dərin təsir etmişdi və onun baxışlarının, düşüncələrinin, prinsip və məqsədlərinin dəyişməsinə səbəb olmuş v əvə SSRİ-nin o zamankı bacarıqsız rəhbərliyinə, ilk növbədə Mixail Qorbaçova etirazını şərtləndirmişdi. H.Əliyev M.Qorbaçovu iki qonşu xalq – azərbaycanlılar və ermənilər arasında yaranmış münaqişəni dinc yolla həll edə bilməməkdə günahlandırırdı. 

Sovet rəhbərliyi, M.Qorbaçov bu problemi həll edə bilmədi və ya etmək istəmədi, çünki dövlət əhəmiyyətli məsələləri həll etmək qabiliyyətinə malik deyildi. Bu səbəbdən də gərginlik aradan qaldırılmadı, qan tökülməsinin qarşısı alınmadı». Y.Lujkov yazır ki, məhz bu hadisələrdən sonra H.Əliyev 1991-ci ildə kommunist partiyası sıralarandan istefa verdi və onun istefası böyük əks-səda doğurdu, sovet hakimiyyətinə qarşı ən güclü etiraz kimi səsləndi. Y.Lujkov Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindər və Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtmasını, məhz H.Əliyevin dövləti idarə etmək sahəsində fitri istedadı, xüsusi bacarığı sayəsində Azərbaycanın qısa bir zamanda dirçəlməsini xatırlayır: «Heydər Əliyev güclü strateq idi. Bilirdi ki, ilk növbədə iqtisadiyyatı ayağa qaldırmaq, gücləndirmək lazımdır. Mən Heydər Əliyevin daha bir xüsusiyyətini vurğulamaq istəyirəm; xalqının oğlu, millətin lideri». 

Lujkov yazır ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini gücləndirməklə yanaşı, heç bir halda Rusiya ilə əlaqələrin itirilməsini istəmirdi. Xalqlarımız uzun onilliklər boyunca birgə olublar. Biz faşizmə qarşı birgə döyüşmüşük. Hamıya məlumdur ki, Böyük Vətən Müharibəsində SSRİ-nin yanacaq ehtiyatını Bakı təmin edib. Əgər biz iki dost xalqa kömək etmək üçün ən kiçik imkanlara belə sahibiksə, bunu etməliyik. Heydər Əliyev Azərbaycan və rus xalqları arasındakı dostluğun həmişə qorunub saxlanmasvna çalışıb. Onun rəhbərliyi altında Bakıda keçirilən Moskva günləri həmişə böyük bayrama çevrilib. «Mən bir çox siyasi xadimlərin adını çəkə bilərəm, hansı ki, sovetlər dağıldıqdan sonra öz ölkəsinin müstəqililyi, inkişafı üçün çalışıb, bunu dəqiq bilirəm ki, mənim yaddaşımdı, birinci yerdə məhz Heydər Əliyevdir. Biz Heydər Əliyevdən bir dövlət rəhbəri kimi danışanda, ilk növbədə onu şəxsiyyət, güclü iradəyə malik insan kimi xatırlayırıq. 

Elə bir insan gələcəyə baxır və irəlini hamıdan artıq görür». Y.Lujkov Heydər Əliyevi gözəl ailə başçısı kimi də xarakterizə edib, onun ailəsinə, həyat yoldaşı akademik Zərifə xanım Əliyevaya olan sonsuz məhəbbətini xatırlayır. Və sonda Heydər Əliyevi «müdrik insan» adlandırır: «Heydər Əliyev seçilmiş insan idi. Müasir dövrümüzdə heç kimlə müqayisə olunmayacaq dərəcədə müdrik, nəhəng insan, eyni zamanda xalqının taleyi, ölkəsinin taleyi ilə bağlı dərin narahatlıq hissi keçirən, adı böyük hərflərlə yazılmalı insan. Onun xatirəsi əbədi qalmalıdır. Belə insanlar keçmişə izsiz gedə bilməz. Heydər Əliyev kimi insan tarixdə öz yerini tutub və tutucaq. Heydər Əliyev təkcə siyasi rəhbərlər, dövlət başçıları üçün deyil, sadə insanlar üçün də ən gözəl örnəkdir.

Hazırladı: Məlahət Rzayeva  







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10