2018-12-06 14:06:48   |   140 dəfə oxunub

"Yerli ermənilərlə Qarabağ erməniləri arasında ciddi siyasi qarşıdırma..." - Aktual şərh



"Ermənistanda seçki öncəsi siyasi rəqiblər arasında böhranın yaşanması seçkidən sonrada davam edəcək”.

Bunu "Sherg.az” açıqlamasında "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri politoloq Məhəmməd Əsədullazadə deyib

Ermənistandakı siyasi qarşıdurmanı şərh edən analitik bildirib ki, kəskinləşən siyasi münasibətlər əsasən Nikol Paşinyanla "Qarabağ klanı” arasında yaşanır:

 "Respublikaçılar partiyası keçmiş Milli Təhlükəsizlik katibi David Şahnazaryanı qabağa verməklə, Paşinyanı Qarabağı satmaqda ittiham etməsi, baş nazirin seçki öncəsi daxili auditoriyada imicinin aşağı salınmasına hesablanıb. 

Ona görə Respublikaçılar Partiyası Şahnazaryanı qabağa verir ki, əldə inandırıcı faktor olsun. Seçkidən sonra iki qruplaşma arasında münasibətlərin daha da kəskinləşəcəyini görəcəyik. Yerli ermənilərlə Qarabağda məskunlaşan ermənilər arasında ciddi siyasi qarşıdırma gözlənilir. 

Bu qarşıdurma ümumən Ermənistanda siyasi böhranı dərinləşdirəcək. "Qarabağ klanı” çalışacaq ki, Paşinyanın həyata keçirmək istədiyi islahatların müxtəlif sabotajlarla qarşısı alınsın, həmçinin, inamsızlıq sindiromu cəmiyyətə aşılansın. 

Bundan ciddi narahat olan Paşinyan seçkidən sonra həmin siyasi qüvvə ilə kəskin haqq-hesaba başlayacaq. Ən sərt üsullarla "Qarabağ klanı”nı siyasi səhnədən silməyə çalışacaq. Daha sonra isə özünə mülayim və idarəolunan "müxalifət” formalaşdıracaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10