2018-12-06 17:06:58   |   113 dəfə oxunub

"Zatulin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə çalışır”




Moskva-Bakı əməkdaşlığına ziyan yetirmək istəyən qüvvələr bu ilin 30 noyabr-1dekabr tarixlərində İrəvanda "Lazarev klubu”nun birinci iclasını keçiriblər. Təşkilatçılar tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri də iclasa dəvət olunublar. İclas zamanı Konstantin Zatulin, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, Vladimir Kazimirov, MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı aşıq hücüm xarakteri daşıyan fikirlər səsləndiriblər.

Politoloq Razi Nurullayev "Sherg.az”a bildirib ki, Rusiya həmsədr ölkə olduğundan səhvlərə yol verməməlidir:

"Əgər bu tədbir və onu təşkil edənlər dövlətə aidiyyatı olmayanlar olsa idi, başa düşmək olardı. Qəbul etməliyik ki, Rusiya o dərəcədə də demokratik ölkə deyil ki, təşkilatlar istədiyi addımı atsın.
Rusiya həmsədr ölkə kimi məsafədə dayana bilmirsə, heç olmasa, bu qədər aşırı tərəf də tutması onun obyektivliyinə ciddi kölgə salır. Konstantin Zatulin pis-yaxşı dövlət vəzifəsi daşıyır və onun hərəkətləri qeyri-etik, qeyri-qanuni və özbaşınalıqdır. Bu adamın xoşuna gələrmi ki, Azərbaycanın vəzifəli bir şəxsi gedib İngiltərədə Tatarıstanın, Başqırdıstanın müstəqilliyindən danışsın, onların əzilməsindən, assimilyasiya olmalarından danışsın?! Təbii ki, xoşuna gəlməz. Bizim də onun yarıtmaz hərəkətləri xoşumuza gəlmir və o Azərbaycan - Rusiya münasibətlərinə xələl gətirməyə çalışır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-12-10