2018-12-06 17:33:28   |   131 dəfə oxunub

"Bəzən Fransa Azərbaycana demokratiya dərsi keçməyə çalışır, amma özlərində... "- ŞƏRH


Xəbər verdiyimiz kimi, Fransada noyabrın 17-dən başlayaraq hökumətin avtomobil yanacağının qiymətinin artırılması qərarına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Bu etirazlar zamanı vətəndaşlarla polis arasında iğtişaşlar baş verib. Məlumatlara görə, Parisdə baş verən küçə iğtişaşları zamanı xəsarət alanların sayı, 23-ü polis əməkdaşı olmaqla 133 nəfərə çatıb. Həmçinin etiraz aksiyaları zamanı 412 nəfər saxlanılıb, onlardan 378 nəfəri nəzarət altına götürülüb.

Bu ölkədəki vəziyyəti şərh edən politoloq Elşən Manafov "Sherg.az”a bildirib ki, Fransada yanacağın qiymətinin qalxması ilə nəticəsində əhalinin gəliri azalıb, xərcləri artıb:

 "Bu kimi amilə etiraz edən insanlar da azad söz haqlarından istifadə edərək öz səslərini prezidentə çatdırıb. Lakin yerli asayiş qoruyan polislər əhalinin çıxışlarının qarşısını almaq üçün daha qaba, kobud hərəkətlər edib. Fikrimcə, polislərin bu hərəkəti Fransa prezidenti Emanüel Makronun azalan reytinqinə birmənalı şəkildə mənfi təsir göstərir. E.Makron Fransa prezidentləri içərisində ən aşağı göstəricilərə malik olan dövlət başçısıdır. Həmçinin bir neçə il əvval Buenos-Ayresdə bir görüş zamanı onun qarşılanması bir ölkə başçısına yaraşmayan tərzdə baş tutub. 

Ümumiyyətlə, son zamanlar beynəlxalq aləmdə Fransa prezidenti E.Makronun mövqeyi zəifləyib. Həmçinin ABŞ prezidentinin E.Makrona qarşı yuxardan aşağı danışma tendensiyası da güclənib. Lakin Fransa -Azərbaycan münasibətlərinə nəzər saldıqda müşahidə edirik ki, zaman-zaman Fransa Azərbaycana demokratiya dərsi keçməyə çalışıb. 

Eyni zamanda Fransa ATƏT-in bir üzvü olaraq rəsmi səviyyədə olmasa da, müəyyən vaxtlar separatçı rejimin rəhbərinin səfərini qəbul edib, bir sıra yardımlar göstərib. Beynəlxalq qanunvericiliyə görə, tərəflər heç bir halda separatçı rejimlərə və onların siyasi liderlərinə dəstək durmaları yolverilməzdir. 

Amma Fransanın hərəkətlərində biz bunu görmürük. Fransa-Azərbaycan münasibətləri də zaman-zaman müəyyən dinamikalar müşahidə olunsa da, hazırda demək olar ki, hər şey normaldır. Lakin Fransa daxil olmaqla bir sıra Avropa dövlətlərində demokratiya hissləri oturuşmayıb. Amma onlar hər zaman dünyaya demokratiya dərsi keçməyə çalışırlar. Fikrimcə, onların bu kimi addımları absurddur”.

Kənan Eynuroğlu










SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10