2018-12-06 18:22:01   |   106 dəfə oxunub

Səfir: "Bu ay Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclası keçiriləcək"



"Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının dekabrın 14-də Moskvada keçirilməsi nəzərdə tutulur".

Bunu "Report”a Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Onun sözlərinə görə, dekabrın 13-də həmçinin komissiyanın ekspertlər səviyyəsində iclas keçiriləcək.

Xatırladaq ki, hökumətlərarası komissiyanın son iclası 2016-cı ilin dekabr ayında Bakıda keçirilib.






SON XƏBƏRLƏR

2018-12-10