2018-12-06 19:26:59   |   115 dəfə oxunub

"Azərbaycan dünyanı bürüyən terror dalğasına qarşı ciddi mübarizə aparır"



"Azərbaycan bütün zamanlarda terrora qarşı olub”.

Bunun "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Ekspert Azərbaycanın terrorla mübarizəsini çox yüksək qiymətləndirib: 

"Son illərdə terror aktları nəticəsində həlak olanların sayı kəskin şəkildə azalıb: 

"Açıqlanan rəqəmlərə gəlincə, 2014-cü illə müqayisədə dünyada terror aktları nəticəsində həlak olanların sayı 44 faiz azalıb. Bunun əsas səbəblərindən biri kimi İraq və Suriya ərazisində İŞİD qruplaşmasının zəifləməsi göstərilir. 

Belə ki, Suriya və İraqda terror hücumları nəticəsində həlak olanların sayı bir ildə iki dəfə azalıb. Məruzəyə əsasən, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib ki, bu da əvvəlki dövrlə müqayisədə 42 faiz azdır. Ölümlə nəticələnən terror aktları dünyanın 67 ölkəsində qeydə alınıb. Lakin 21-ci əsrdə terror bəlası dünya üçün ən təhlükəli məsələ sayılır. 

Ölkəmiz anti-terror koalisiyasına qoşulub və aparıcı dövlətlərlə çiyin-çiyinə dünyanı bürüyən terror dalğasına qarşı ciddi mübarizə aparır. 

Terrorla mübarizədə son vaxtlarda görülən işlər, əldə olunan nəticələr aparılan siyasətin uğurlu olduğunu göstərir. Bunu tək biz yox, artıq dünya da etiraf edir. Bu məsələdə bütün nailiyyətləri, uğurlaru yalnız Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətlə əlaqələndirmək olar”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10