2018-12-06 20:04:09   |   99 dəfə oxunub

Bəyanat: Dağlıq Qarabağla bağlı sülhə nail olmaq üçün işi davam etdirmək barədə razılığa gəlindi



ATƏT Minsk qrupunun həmsədr ölkələri, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar. 

"Sherg.az"ın məlumatına görə, bu barədə Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir. 

Sənəddə deyilir ki, ATƏT Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər






SON XƏBƏRLƏR

2018-12-10