2018-12-10 19:36:40   |   133 dəfə oxunub

Şəhidin anası:" Allah Prezidentimizi qorusun !"


Ölkə başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Birinci vitse-Prezident Mehriban Əliyeva hər zaman xalqımıza diqqət göstərir”.

Bunu "Sherg.az"a 1994 -cü il ildə şəhid olan Quba sakini İbrahimov İbrahim Mövsüm oğlunun anası İbrahimova Zərqələm Əlibala qızı deyib. Şəhidin anası qeyd edib ki, dövlət başçısının şəhid vərəsələrinə 11 min manat ödəmənin olunmasına dair fərmanını yüksək dəyərləndirir: 


"Bu humanist addım çox qürurvericidir. Hər zaman olduğu kimi yenə ölkə başçısı İlham Əliyev xalqı düşünüb, hər kəsin rəğbətini qazancaq addım atıb. Cənab Prezidentin bu addımını hər kəs alqışlayır. Allah ölkə başçısını və ailəsini qorusun. Məlum ödəmə ailəmizin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun üçün cənab Prezidentə minnətdarlıq ifadə edirəm"/


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2019-01-18