2018-12-10 23:47:06   |   127 dəfə oxunub

Makron: Fövqəladə vəziyyət elan edirəm



Ölkədə dərin və haqlı bir qəzəb mövcuddur. İqtisadi və sosial fövqəladə vəziyyət elan edirəm.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "Sarı jiletlilər" hərəkatı ilə bağlı açıqlamasında bildirib.

"Ayda 2000 avrodan az maaş alanlarda artım ediləcək. Prezidentliyə namizəd olduğum vaxt söylədiklərimi unutmamışam. Bu, iqtisadi və sosial bir vəziyyətdir. Fransada uşaqlarımızın bizdən daha yaxşı bir həyat yaşamasını istəyirəm. Böyük firmalarımızın bizə dəstək olması lazımdır. Şirkətlərdən işçilərinə il sonu mükafat verməsini tələb edirəm. Yanvar ayından pensiyalarda 100 avro artım olacaq. Dərin islahata ehtiyac yaranıb. Hər kəsin üzərinə düşən vəzifələr var. Xalqa da mühüm vəzifələr düşür. Tək mübarizəmiz Fransa üçündür. Yaşasın Fransa!" - Makron deyib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən gün "sarı jiletlilər”dən üzr istəyib.






SON XƏBƏRLƏR

2019-01-17