2018-12-10 23:51:42   |   137 dəfə oxunub

Gürcüstanda üç dövlət məmuruna hücum edilib



Gürcüstanın Ədliyyə Nazirliyinin probasiya xidmətinin yüksək vəzifəli şəxsləri və sabiq nazir müavininə silahlı hücum olub.
AZƏRTAC xəbər verir ki, Tsxneti bölgəsindəki "Tsikvili” restoranında naməlum şəxs ədliyyə nazirinin sabiq müavini Zviad Mixanaşviliyə soyuq silahla bir neçə zərbə vurub.
Münaqişə zamanı Ədliyyə Nazirliyinin probasiya xidməti rəisinin müavini İrakli Çitanava və daha bir yüksək vəzifəli şəxs xəsarət alıb.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Sabiq nazir müavininin vəziyyəti orta ağırdır.
İlkin ehtimallara görə, cinayəti keçmiş məhbuslar törədiblər.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.






SON XƏBƏRLƏR

2019-01-17
2019-01-16