2018-12-11 15:25:07   |   99 dəfə oxunub

Bakıda qəza: maşın qadını vurub öldürdü


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 10-da saat 07:00 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurub və nəticədə, qadın hadisə yerində ölüb.

Nərimanov rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-03-22