2018-12-11 15:42:49   |   76 dəfə oxunub

Rene van der Linden: "Heydər Əliyev Azərbaycanın inkişafına mühüm töhfə verib"


Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkənin inkişafına danılmaz, mühüm töhfə verib.

Bunu Trend-ə Niderland Senatının sabiq sədri, Niderland-Azərbaycan dostluq qrupunun rəhbəri Rene van der Linden deyib.

O bildirib: "Mən Azərbaycanın inkişafına danılmaz, mühüm töhfə verdiyi üçün Heydər Əliyevə dərin ehtiramımı bildirmək istəyirəm. O, təhsilə, infrastruktura, səhiyyəyə və iqtisadiyyatın şaxələndirilməsinə investisiya yatırılmasına şərait yaratmaqla Azərbaycanın müasir və stabil ölkəyə çevrilməsinin əsasını qoyub”.

O, həmçinin vurğulayıb ki, Niderland, o cümlədən Limburq əyaləti Azərbaycanla ikitərəfli münasibətlərə böyük əhəmiyyət verir.

Qeyd edək ki, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü qeyd olunur.






SON XƏBƏRLƏR

2019-01-17