2018-12-13 18:18:02   |   384 dəfə oxunub

"Prezidentin çıxışlarında böyük həqiqət var, Azərbaycan gəncliyi vətənpərvərdir" - Baş redaktor

"Dünyada ən böyük siyasətlərdən biri idmandır. Hansısa ölkədə idman təbdirlərininin keçirilməsi həmin dövlətin dünyaya təqdimatı deməkdir. Bu baxımdan hesab edirəm ki, son dövrlərdə Azərbaycan idman ölkəsinə çevirlib”.

Bunu "Sherg.az”a açıqlamasında "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

O bildirib ki, idman infrasturturunun yaradılması, idmançıların yetişdirilməsi, bu sahədə maddi texniki bazanın möhkənləndirilməsi ölkəmizin siyasətinin əsas istiqamətlərindən birinə çevrilib: 

"Müstəqillik illərində anadan olan 22 yaşlı gənc yarışlarda qalib gəlirsə, böyük tədbirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldırırsa, bu, ölkəmizdə idmanın inkişafından xəbər verir.

2015-ci il Avropa oyunlarında Azərbaycan komanda hesabına 2-ci idi. 4-cü İslam Həmrəyliyi oyunlarında ölkəmiz islam dünyasının birincisi oldu. Bütün bu göstəricilərin hər biri Azərbaycanda aparılan idman siyasətinin güclü olduğunu və ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişdiyini göstərir.

Cənab prezidentin çıxışlarında böyük bir həqiqət var. Bu gün Azərbaycan gəncliyi vətənpərvərdir. İdmançılarımızın böyük qələbələri dövlətin idman siyasətini ortaya qoyur, digər tərəfdən vətənpərvərlik ruhunu yüksəldir”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib. Prezident çıxışında bildirib ki, Azərbaycan idmançılarının qələbələri cəmiyyətin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir: "Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəkdir”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-03-22