2019-01-04 00:55:12   |   166 dəfə oxunub

İrəvan Sərkisyanın ekstradisiyası üçün sorğu verdi


Ermənistan hökuməti keçmiş prezident Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanın ekstradisiyası üçün Çexiya hökumətinə sorğu ünvanlayıb.

Axar.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun rəsmi nümayəndəsi məlumat yayıb.

O, sorğunun 28 dekabr tarixində göndərildiyini bildirib.

Qeyd edək ki, Narek Sərkisyan silah, narkotik maddə saxlama, dələduzluq, adam oğurluğu ittihamı ilə beynəxalq axtarışa verilmişdi. N.Sərkisyan Çexiyada saxlanılıb.






SON XƏBƏRLƏR

2019-01-18