2019-01-10 17:01:58   |   120 dəfə oxunub

“Bir gəncin manifesti” - Mir Cəlal Paşayevin kitabı işıq üzü görüb



"Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” romanı 264 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. 

Professor Mir Cəlal Paşayevin yaradıcılığının zirvəsi sayılan "Bir gəncin manifesti” romanı 1938-ci ildə yazılıb. Əsər Postsovet dövründə Respublika Fəxri Komsomolu Mükafatına layiq görülüb və dəfələrlə çap olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, "Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin "Seçilmiş əsərləri” 2005-ci ildə "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.







SON XƏBƏRLƏR

2019-01-18