2019-01-10 17:16:48   |   92 dəfə oxunub

Fransa XİN başçısı: "Problemlər həll olunan kimi, Suriyadan çıxacağıq"



"Problemlər həll olunan kimi, Suriyadan çıxacağıq”.

"Report” "yeniakit”ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

"İraqda hərbçilərmiz var. Suriyada isə az sayda təmsil olunuruq. Rusiya Suriyada siyasi anlaşılmazlığın həllinə görə məsuliyyət daşıyır. Rusiyanın kimyəvi silahdan istifadənin qarşısını savaşla deyil, Suriya münaqişəsini siyasi yolla həllinin tapmaqda məsuliyyəti var”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Suriyadan çıxacağı barədə qərarından sonra Fransa Prezidenti Emmanuel Makronun müşavirləri PKK/YPG-PYD terrorçu qruplaşmanın formalaşdırdığı Suriya Demikratik Qüvvələrinin silahlılarına dəstək verəcəklərinin və Suriyada qalacaqlarını bildirmişdilər.






SON XƏBƏRLƏR

2019-01-18