2019-01-10 18:09:13   |   185 dəfə oxunub

"Qərəzli təşkilatlar çalışırlar ki, Azərbaycandakı sabitliyi şübhə altına alsınlar"



"Azərbaycan müstəqil siyasətini yürüdür və bu siyasəti həyata keçirməsi bir çox dövlətlərin və mərkəzlərin xoşuna gəlmir”.

Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Tanınmış jurnalist bildirib ki, Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra böyük çətinlikləri keçərək, öz ayaqları üstündə durmağı bacarmış bir dövlətdir:

"Əlbəttə, yeni demokratiyada hələ də həllini gözləyən bir sıra məsələlər var. Azərbaycan dövləti öz xalqı ilə əl-ələ verərək həmin məsələlərin həlli ilə məşğuldur. Bunları edərkən Azərbaycan dövləti heç bir xarici qüvvənin və ya dövlətin çaldığına oynamır:

"Xarici dairələr deyirlər ki, necə olur qısa müddət öncə müstəqil olan gənc bir dövlət dünyanın güc mərkəzləri ilə hesablaşmır, öz gücünə daxili sabitliyi təmin edir və xalq-hakimiyyət birliyini formalaşdırır. Bütün bu suallar onları ciddi narahat edir.

 Əslində arzuları odur ki, Azərbaycan həmin dövlətlərin ayağına getsin, onlardan borc alsın, yalvarsın, kömək istəsin. Ancaq Azərbaycan bunları etmir. Ona görə etmir ki, ölkəmiz çox ciddi və güclü bir lider tərəfindən idarə olunur. O lider ki, öz xalqının mənafeyindən başqa heç bir mərkəzlə hesablaşmır”.

A.Həsrətin sözlərinə görə, qərəzli təşkilatlar çalışırlar ki, Azərbaycanı daxildən qarışdırsınlar, xalq arasında təşviş yaratsınlar və ölkədəki sabitliyi şübhə altına alsınlar:

"Xaricdən bizə olan hücumların hamısı bununla bağlıdır. Halbuki, o hücumları edən mərkəzlərin yerləşdiyi ölkələrdə durum heç də yaxşı deyil. Daxili sabitlik və insanların təhlükəsizliyi məsələsində Azərbaycan həmin dövlətlərdən qat-qat yüksəkdə durur. Belə olan təqdirdə Qərb dairələrinin üzərimizə gəlməsi, maliyyələşdirdiyi mərkəzləri və ayrı-ayrı QHT-ləri işə salması Azərbaycanı dizə gətirmək və dövlətimizi ələ baxan, sözə baxan bir dövlətə çevirmək məqsədi güdür. Lakin biz Azərbaycan xalqı olaraq Prezidentimizin ətrafında sıx birləşərək onların niyyətlərinin baş tutmasına izn verməyəcəyik”.

İsmayıl










SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18