2019-01-10 19:58:09   |   176 dəfə oxunub

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - FOTO - YENİLƏNİB-2 - VİDEO


Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəzada xəsarət alan, 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

*** 13:32

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov.

*** 10:27

Quba. 10 yanvar. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralanıb. Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.




SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18