2019-01-10 20:26:48   |   232 dəfə oxunub

Fransız deputat "sarı jilet"lilər inqilabi ilə bağlı film çəkəcək - "Liberation" yazır



Fransalı jurnalist, "Fakir" qəzetinin baş redaktoru,deputat Fransua Rüfən "sarı jilet"lilər inqilabi ilə bağlı film çəkəcək.

"Sherg.az" "www.liberation.fr"ə istinadən xəbər verir ki, F.Rüfən 2016-cı ildə ekranlaşdırdığı " Merci Patron! (Sağ ol, müdir) filmindən sonra "sarı jilet"lilərlə bağlı "Günəş istəyirəm" adlı film çəkəcək. Və film bu ilin 3 aprel tarixinə kimi ekranlaşdırılacaq. 

Artıq son bir həftədir ki, F.Rüfən Fransa küçələrində "sarı jilet"lilərlə görüşüb, onların istək və fikirlərini dinləyir. Bəzən isə baş verənləri kənardan müşahidə edir. Buna dair də "Youtube" sosial şəbəkəsində videolar yayır.

Qeyd edək ki, F.Rüfən bu filmi rejissor Giy Pere, 2018-ci ildə çəkilmiş "L'Insoumis"nin müəllifi Jan-Lük Melankon və "Merci Patron!"unun redaktoru! Sesil Dübua ilə birlikdə işləyəcək.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-03-24