2019-01-11 12:13:52   |   108 dəfə oxunub

"Din adından sui-istifadə edənlər sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərirlər"


"Radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Bəzi ölkələrdə hətta buna nail də olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır".

M.Qurbanlının sözlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir: "Bu cür filmlər vasitəsilə biz ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, din pərdəsi altında gizlənən radikallar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdıra bilərik".




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18