2019-01-11 14:29:16   |   69 dəfə oxunub

DİN: Qubada yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb


Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Belə ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi "Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi "VAZ-21010” markalı avtomobillər toqquşub.

DİN-dən "Sherg.az"a verilən məlumata görə, R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölüb, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.






SON XƏBƏRLƏR

2019-01-18