2019-01-11 16:09:10   |   282 dəfə oxunub

Nəsimişünas: "Təkcə Azərbaycan deyil, bütün dünya bu ili "Nəsimi ili" hesab etməlidir"

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi İli” elan etdiyini deyib.

Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan,poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyəsinə yüksəldən qüdrətlisənətkar İmadəddin Nəsimi zəngin irs qoyub.
Nəsimi dövrünün çox savadlı və dərin məlumatlı adamı olub. Onun dünya görüşü şeirlərində gizli və açıq şəkildə öz əksini tapıb.

Şərqşünas, elmi işçi, Nəsimişünas Vüsal Hətəmov Sherg.aza açıqlamasında 2019-cu ili Azərbaycanda "Nəsimi İli” elan olunmasını çox gözəl və ali qərar kimi dəyərləndirib: 

"Nəsimi Azərbaycan xalqının şəxsiyyət vəsiqəsidir. Nəsimi dünyaya yeni fəlsəfə bəxş edib. Yaradılmışlar içərisində insanın ən ali varlıq olduğunu Nəsimi qədər 2-ci bir mütəfəkkir irəli çəkə bilməyib. Dövrün riyakar zahidlərini, məzhəbpərəst qazilərini, zülmkar şahlarını insanlığa hörmət etməyə çağırıb. Özü də elə bir dövrdə ki, Şərqdə İslam dünyası təriqət davası arxasınca, Qərb dünyası da Janna Darkları yandırma arxasınca idi. Nəsimi 3 dildə yazan nadir şairlərdən idi. Nəsimi, əslində, bütün dünyanın dahisidir. Hesab edirəm, təkcə Azərbaycan deyil, bütün dünya bu ili "Nəsimi ili" hesab etməlidir. Tədbirlər hazırlanmalıdır, Nəsimi adına şeir gecələri, keçirilməli, araşdırma məqalələr hazırlanmalıdır”.

Şəymən




SON XƏBƏRLƏR

2019-03-24