2019-01-11 16:41:49   |   129 dəfə oxunub

"Azərbaycanda hansısa qarşıdurma yarada bilmədilər" - Fiasko



"Azərbaycanın apardığı uğurlu daxili və xarici siyasət müəyyən beynəlxalq dairələri hər zaman narahat edib”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın təbii sərvətlərlə zəngin olması və çox əlverişli geosiyasi məkanda yerləşməsi Qərbin qərəzli dairələrinin öz maraqları çərçivəsində müxtəlif planlar hazırlamasına gətirib çıxarır:

"Dünyanın müxtəlif bölgələrində bu tip ölkələrdə həmişə daxili qeyri-sabitlik, vətəndaş qarşıdurması, təbii sərvətlərdən gələn gəlirlərin büdcəyə deyil, xaricdəki müəyyən şirkətlərin hesablarına axması və s. neqativ hallar baş verir. Lakin Azərbaycanda bu məqamların heç biri yoxdur. Ona görə də Azərbaycanı təzyiq altında saxlamağa, belə demək mümkündürsə, qorxutmağa çalışırlar. Əslində özləri də yaxşı bilirlər ki, bu, heç zaman baş verməyəcək. 

Ulu Öndər Heydər Əliyevin və indiki prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanı sözün əsl mənasında müstəqil siyasət yeritməyə sövq edir. Heç bir halda Azərbaycan xarici dairələrin diktəsində altında işləmir və heç vaxt işləməyəcək”.

Parlament üzvü bildirib ki, Qərbin məkirli dairələri Azərbaycanda süni problem yaratmaqla, qarşıdurma meydana gətirməklə öz niyyətlərinə çatmaq uğrunda çirkin mübarizə aparırlar:

 "Son günlər baş verən hadisələr məhz bunun təzahürüdür. Gördüyünüz kimi onlar Azərbaycanda hansısa qarşıdurma və narazılıq yarada bilmədilər. Azərbaycan cəmiyyətini öz tərəflərinə çəkməyi bacarmadılar. Çünki ölkə vətəndaşları öz müstəqilliklərini və azadlıqlarını qorumağın tərəfdarıdırlar. Ona görə də xaricdən və ya daxildən heç kimin təxribatına getməyəcəklər”.

İsmayıl








SON XƏBƏRLƏR

2019-01-18