2019-01-11 17:05:05   |   185 dəfə oxunub

"2019-cu ildə iqtisadiyyatın daha sürətlə böyüməsi gözlənilir" - Millət vəkili



"2018-ci ildə Azərbaycan Dünya Bankı tərəfindən dünyada ən çox islahat aparan ölkə elan edildi”.

Bu barədə "Sherg.az"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputat bildirib ki, iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar həm kəmiyyət, həm də keyfiyyət dəyişikliklərinə səbəb olub:

"2017-ci ildə Ümumu Daxili Məhsul 0.1faiz artmışdısa, 2018-ci ildə ÜDM artımı 1.4 faizə çatıb. Keçən il ərzində ölkə iqtisadiyyatında qeyri-neft sektorunu payı artıb, 64 faizə yaxınlaşıb. Makroiqtisadi sabitliyin qorunub saxlanması, əhalinin gəlirlərinin artması, inflyasiyanın çox kiçik olması, yeni iş yerlərini açılması, yeni sənaye müəssisələrini yaradılması, ixracın artması - 2018-ci il ərzində islahatlar nəticəsində əldə edilən müsbət kəmiyyət göstəriciləridir. 

Keyfiyyət dəyişikliklərinə gəldikdə isə ilk növbədə qeyri-neft sektorunun inkişafının əhatəsinin daha da artmasını qeyd etmək lazımdır. Özəl sahibkarlığın inkişafı ilə sahibkarların ixracda xüsusi payı 2018-də ildə daha da çoxalıb”.

T.Mirkişili vurğulayıb ki, kənd təsərrüfatı sahəsində islahatların dərinləşməsi və məhsuldalığın artması idxalda yeyinti məhsullarının həcmini azaldıb:

"Beləliklə də ərzaq təhlükəsizliyini səviyyəsi daha da qalxıb. Qısa olaraq, 2018-ci ili sürətli iqtisadi artım modelinə uğurlu keçid ili kimi xarakterizə etmək mümkündür. Çunki, 2019-cu ildə iqtisadiyyatın daha sürətlə böyüməsi gözlənilir və məhz bu böyümə üçü siyasi və iqtisadi əsaslar 2018-ci ildə yaradılıb”.

Qeyd edək ki, bugün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı 2018-ci ilin ölkəmizüçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. Dövlət başçısı 2018-ci ildə üçüncü peykimizin orbitə buraxıldığını, Cənub Qaz Dəhlizinin rəsmi açılışını, TANAP layihəsinin işə düşdüyünü, Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başldığını deyib. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirbi ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22