2019-01-11 19:25:11   |   103 dəfə oxunub

Qərb unutmasın: "Azərbaycanın güclü lideri və öz liderinə inanan sarsılmaz xalqı var”



"Qərb unudur ki, Azərbaycanın güclü lideri və öz liderinə inanan sarsılmaz xalqı var”.

Bunu "Sherg.az”a Millət vəkili Musa Quliyev bildirib.

Parlament üzvü qeyd edib ki, Qərbin Azərbaycan qarşı qərəzli mövqeyini pisləyir:

"İllərdir ki, ortada ikili standartlar deyilən bir termin var. Bu ikili standartlar Avropanın müəyyən dairələri və ABŞ-ın türk və müsəlman dünyasına qarşı istifadə etdiyi basqı üsuludur. Azərbaycan da həmin ikili standartlardan əziyyət çəkən ölkədir. Bunun səbəbi nədir? Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bəzi Qərb ölkələri işğalçıErmənistanın tərəfini tutur. Azərbaycanda siyasi məhbusların olması tez-tez gündəmə gətirirlər, ölkəmizdə insan haqlarının pozulmasından narahat olduqlarını ifadə edirlər, mətbuatın azad olmaması haqqında bəyanatlar səsləndirlər. Əlbəttə, bunlar qərəzdir. Sadəcə, bu kimi üsullarla Azərbaycan və Azərbaycan kimi sürətlə inkişaf edən ölkələri öz təsir dairələri və maraqlarının altında saxlamaq istəyirlər.

Son dövrlər yenə bu cür fikirlər səslənir. Guya Mehman Hüseynov adlı bir məhbusun aclıq aksiyası elan etməsi Azərbaycanda insan hüquq və azadlıqlarının boğumlasından irəli gəlir. Amma dünyanın dörd bir yanında, xüsusən də Avropada olan minlərlə dustaq onları düşündürmür. Sadəcə, bu cür insanlar onların müəyyən layihələrini həyata keçirmələri üçün seçilmiş addamlardır. Bəzi Qərb ölkələri ortaya heç bir hüquqi sənəd qoymadan Azərbaycanı insan hüquqlarının boğulmasında itiham edir. Fikrimcə, bunların hamısı Azərbaycana təsir vasitəsidir və bunu hər bir vətandaşımız bilməlidir. Onların Ermənistana bu cür münasibət göstərməmələri də aydındır".

M.Quliyevin qənaətincə, Qərbin Ermənistanı dəstəkləməsi və ya əksinə dəstəklənməməsi onlara müsbət heç nə vəd etmir:

"Çünki Ermənistan hər hansı bir cəhətdən heç kimə lazım deyil. Yəni separatçı ölkənin nə coğrafi mövqeyi, nə inkişaf imkanları, nə də ki siyasəti onları maraqlandırır. Amma Azərbaycanda bütün bu faktorların hamısı var. Buna görə də hamı bu yağlı tikədən daha çox pay qoparmağa çalışır. Eyni zamanda Azərbaycan və Türkiyə türk dövlətlərinin ən güclüləridir. Ona görə də, Avropa istəmir ki, öz qonşuluğunda güclü türk, müsəlman dövləti olsun. Söhbət bundan gedir. Qərb bəzən Azərbaycanın güclü liderinin, sarsılmaz xalqının olduğunu unudur. Yəni onların fikirləri ilə xalqın dövlətə qarşı iradəsini sarsıtmaq mümkün deyil. Çünki Azərbaycan xalqı 1980 -1990-cı illərin xalqı deyil. Müasir Azərbaycan cəmiyyəti hər şeydən kifayət qədər informasiyası olan, biliyi, dünya görüşü, beynəxalq təcrübədən baş çıxaran bir toplumdur. Hesab edirəm ki, onların çirkin niyyətləri bu günə qədər baş tutmayıb, bundan sonra da baş tutmayacaq”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18