2019-01-11 19:51:23   |   121 dəfə oxunub

"Görülmüş və görüləcək işlər Azərbaycan xalqının ürəyincədir" - Millət vəkili



"Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Cənab Prezident Azərbaycanın sosial-iqtisadi inkişafına dair irəli sürülmüş proqramın nə dərəcədə yerinə yetirilməsinə dair reallığı cəmiyyətə təqdim etdi".

Bu barədə "Sherg.az"a millət vəkili Fəzail İbrahimli bildirib. 

Parlment üzvü qeyd edib ki, ölkə başçısı hökumətin, dövlətin gördüyü işlər haqqında insanlara yekun fikrini çatdırdı:

"Əlbəttə, görülən işlər, atılan addımlar hər kəsin gözü önündədir. Ona görə də, görülmüş və görüləcək bütün işlər Azərbaycan xalqının ürəyincədir. Çünki bu işlər məhz Azərbaycan vətəndaşlarının sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlib".

Deputat vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq 2018-ci il Azərbaycan Prezidentinin sərəncamı ilə "Cümhuriyyət ili” elan olundu:

"Ötən il müddətində həm AXC-nın, həm ordumuzun, həm də digər qurumlarımızın 100 illiyi münasibətilə təntənəli yubiley tədbirlər keçirildi, hərbi paradlar təşkil olundu. Bütün bunlar tariximizə və ordumuza verilən dəyər, göstərilən diqqətdir".

Deputat onu da diqqətə çatdırıb ki, ötən il Azərbaycan bir sıra iri iqtisadi layihələr imza atdı:

"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi tədbirlər görüldü. Şəhid vərəslərinə 11 min manat yardım verildi. Şəhid ailələri, Qarabağ qaziləri mənzil və avtomobillərlə təmin olundu. Aztəminatlı ailələrə birdəfəlik yardımlar oldu. Qeyri-neft sektoru ilə bağlı nəzərəçarpan dirçəlmələr qeydə alındı. Turizm sektoru inkişaf etdi.Turizmin daha da inkişaf etdirilməsi üçün ciddi işlər görülür. Bu uğurları il ərzində əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardan da görmək mümkündür. 2019-ci ilin də Azərbaycan üçün uğurlu il olacağını düşünürəm. Bu il də xalqımızın sabitlik şəraitində, firavan şəkildə yaşayacaq. Cənab Prezidentə fəaliyətində uğurlar arzu edirəm".

Ayyət Əhməd













SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26