2019-01-11 21:34:59   |   95 dəfə oxunub

Qubada reyd: 7 minə yaxın protokol tərtib edilib


Qubada qış aylarında hava şəraitinin qarlı və yağışlı keçməsi ilə əlaqədar qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür.

DYPB-nin rəisi, polis mayoru Valeh Cavadov Trend-ə bildirib ki, 2018-ci ildə rayon ərazisində qayda pozan sürücülər barəsində 6755 inzibati protokol tərtib edilib. Bunlardan 128-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər, 153-ü isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsindədir. Bundan əlavə manevr qaydalarını pozan sürücülər barəsində 319, ötmə qaydalarını pozan 156 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 159 protokol tərtib edilib. Rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 protokol tərtib olunub və Quba rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Həmçinin yollarda müəyyən edilmiş piyada keçidləri və zolaqlarından istifadə etməyərək həyatlarını real təhlükə altına atan şəxslərlə fərdi söhbət aparılıb, 278-i barəsində protokol tərtib edilib.

Bölmə rəisi bildirib ki, qeyd olunan müddətdə Quba rayonu ərazisində 27 yol nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında dünyasını dəyişənlərin sayında azalma olduğunu deyən polis mayoru qeyd edib ki, 2018-ci ildə baş verən hadisələrdə 3 nəfər həyatını itirib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən də azdır.






SON XƏBƏRLƏR

2019-01-17