2019-01-12 00:37:38   |   135 dəfə oxunub

Ərinə 20-yə yaxın iddia qaldırıb

“Tək istəyim mənə işgəncə verən o əlləri qandallı görməkdir"



Dəfələrlə dayaq, təhdid və təcavüzə məruz qaldığı üçün həyat yoldaşına qarşı iddia açan Merve Tula ərinin həbs olunmamasına üsyan edir. Tula, "Ərin təcavüzünə insanlar məna verə bilmirlər. Ərim deyil, başqası olsaydı şübhəsiz həbs olunardı. Ölkədəki ədalət budur?. İndi tək istəyim mənə işgəncə verən o əlləri qandallı görməkdir" deyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, ədəbiyyat müəllimi olan Merve Tula (32) 2017-ci ildə Ercüment Tula ilə evlənib. İkisinin də ilk evliliklərindən 7 yaşlarında bir qızları var. Evləndikləri gecə fiziki şiddət və cinsi hücuma məruz qaldığını söyləyən Merve Tula, 6 ay sonra ərinin onun tapa bilməyəcəyi bir sığınacaq evinə qaçır. Orada hamilə olduğunu öyrənir. Lakin yaşadıqları o çətin günlərdə körpəsini salır.
İndi ailəsiylə yaşayan Merve Tula ərinin onu ayrı-ayrı zamanlarda döydüyü və təhdid etdiyi səbəbiylə 20-yə yaxın iddia qaldırıb. Keçən həftə sona çatan məhkəmədə Ercüment Tula 6 ay həbs cəzasına məhkum edilib. Məhkəmə "Can təhlükəsizliyim yox" deyən Merve Tulaya telefon çağırmalı qoruma verib.
Telefon dillerliyi edən həyat yoldaşıyla tanış olduqdan 4 ay sonra evlənən Merve Tula yaşadıqlarını belə izah edir: "Qızlarımız olduğuna görə məntiqi evlilik idi bizimki. Ən azı mənimki elə idi. Aramızda sosyal və mədəni fərqliliklər zamanla problem halına gəldi. Mən iki universitet bitirmişəm. Evləndiyim gün şiddətə məruz qaldım. Gözlədiyi istəklər gəlmədiyi üçün qızğın idi. Bir də evə girdiyimiz zaman duvağımı özüm açdığım üçün məni yumruqladı. Təcavüz etdi. Hər canımı yandırdığı zaman ailəmin yanına getmək istədim, amma önümə keçib üzr istədi və bir daha olmayacaq dedi. Amma daha sonra burnumu qırdı. Burun əməliyyatı keçirdim. Ailəmlə qaldım. Bir müddət sonra bir AVM-də qarşıma çıxıb, ‘Mənimlə gəlməsən bütün ailənə zərər verərəm” dedi. Getdim. 3 həftə mənə fiziki şiddət, cinsi hücum tətbiq etdi. Boğazımdan tutub ‘Sən mənim arvadımsan, istədiyimi edərəm” deyirdi. Üç cinayətdən hökmü olan bir insanın həbssiz mühakimə olunması və mənim davamlı ünvan dəyişdirərək həyatda qalmağa çalışmağım ədalətrmi? İstəmirəm məni öldürsün. Yaşanılan cinsi və fiziki hücumların bir qisiminə şahid olan uşağım hazırda psixoloji müalicə alır. Çünki uşağımın gözü qarşısında boğazımı sıxıb, saçlarımdan tutub yerlərdə sürüdü, təpiklədi. Uşağım evdə ola-ola mənə təcavüz etdi."
Hadisə mətbuata çıxdıqdan sonra həyat yoldaşları tərəfindən cinsi hücuma məruz qalan digər qadınların ona üz tutduğunu bildirən Tula bunları söyləyir: "Hamısına yardımçı oldum, cəsarətləndirdim. Ərim dəfələrlə mənimlə zorla əlaqəyə girdi. Ağlada, ağlada. Ərin təcavüzünü insanlar anlamırlar. Ərim deyil, başqası olsaydı şübhəsiz həbs olunardı. Amma öz ərin olunca sanki haqqıymış... Tək istəyim mənə işgəncə verən o əlləri qandallı görməkdir."

 Ercüment Tula isə məhkəmə ifadəsində həyat yoldaşının şou axtardığını, iddiaların gerçık olmadığını ifadə edib.
 





SON XƏBƏRLƏR

2019-06-18