2019-01-12 10:08:26   |   123 dəfə oxunub

Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq



Azərbaycanda yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Proqramda həmçinin yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi, vahid çağrı mərkəzinin yaradılması, yol-nəqliyyat hadisələrinin qeydiyyatı sisteminin və ilk tibbi yardım göstərilməsi işinin təkmilləşdirilməsi, yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin-qəza ocaqlarının müəyyən edilməsi və qəzaların səbəblərinin aradan qaldırılması işinin təkmilləşdirilməsi nəzərdə tutulur.




SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26