2019-01-12 11:37:53   |   135 dəfə oxunub

Kriminal erməni qruplaşması dünyanın hər yerinə səpələnib

Ancaq getdikcə Avropa ölkələri başa düşürlər ki, erməni özbaşınalığının qarşısını almaq, buna son vermək lazımdır



İspaniyada ermənilərin də daxil olduğu danışılmış tennis oyunlarının təşkili ilə məşğul olan dəstə zərərsizləşdirilib, 15 nəfər saxlanılıb. İspaniya Mülki Qvardiyasının məlumatına görə, hazırda 68 nəfər barəsində araşdırma aparılır. Onlardan 28-i peşəkar idmançıdır. Danışılmış oyunlar əsasən "ITF Futures” və "Challenger” qruplarında oynayan tennisçilər tərəfindən reallaşdırılıb. Belə ki, onlar oyunların nəticəsi barədə əvvəlcədən razılığa gəliblər. Dəstənin ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunub. Ehtimal edilir ki, bu müddət ərzində onlar milyonlarla avro gəlir əldə ediblər. Mülki Qvardiya əməliyyatı ötən ilin oktyabr ayında keçirsə də, onun təfərrüatları barədə yalnız indi məlumat verilib. Axtarışlar İspaniyanın doqquz əyalətində aparılıb. 167 min avro nağd pul, bank kartları, tapança, bahalı avtomobillər və zərgərlik məmulatları aşkar edilib. 

42 bank hesabı dondurulub, daşınmaz əmlak obyektlərinə həbs qoyulub. Məlumat üçün bildirək ki, bir müddət əvvəl Almaniyada da erməni mafiyasının idman oyunları ilə bağlı maxinasıyası üzə çıxmışdı. Ekspertlərin fikrincə, tədricən dünyanın bir sıra nüfuzlu ölkələrində erməni cinayətləri və qanunsuzluqları ifşa olunmaqdadır.

Ermənilərin kriminal hərəkətləri ilə bağlı "Şərq”ə danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, ermənilər uzun illər boyu dünyanın bir çox ölkəsində qanunsuz əməllərlə məşğul olublar. Kriminal erməni qruplaşmaları dünyanın hər yerinə səpələnib:

 "Vəziyyət o yerə gəlib çatıb ki, bir çox hallarda açıq-aşkar fəaliyyət göstəriblər. Çünki bəzi dövlətin rəsmiləri, zəngin adamları ermənilərə dəstək verib, müdafiə ediblər. Ancaq getdikcə Avropa ölkələri başa düşürlər ki, erməni özbaşınalığının qarşısını almaq, buna son vermək lazımdır. Əgər vaxtında tədbir görülməzsə, ermənilərin qanunsuz əməlləri daha da genişlənə bilər. Bu isə həmin dövlətlərin təhlükəsizliyinə, stabilliyə böyük zərbə olar. 

Ona görə həm Almaniya, həm də İspaniya dövlət orqanları erməniləri ifşa edərək, prosesin qarşısını almağa çalışırlar. Təəssüflər olsun ki, bəzi hallarda erməni vəhşiliklərini adi cinayət hadisəsi kimi qələmə verirlər. 

Amma əslində ermənilərin törətdiyi qətllərin arxasında böyük siyasi maraqlar, məkirli planlar durur. Bütün cinayətlərin, terrorların pərdə arxasında "Böyük Ermənistan” xülyası var. Ermənilər məqsədlərinə çatmaq üçün istənilən addımı atmağa hazırdırlar. Bu baxımdan avropalılar erməniləri özləri üçün haqlı olaraq ciddi təhlükə sayırlar”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25